Getdikcə Rusiyadan İrana tətilə gedən turistlərin sayı artır

Getdikcə Rusiyadan İrana tətilə gedən turistlərin sayı artır

Rusiya Tur Operatorları Birliyinin icraçı direktoru Maya Lomidze Rusiya Federasiyası vətəndaşları arasında İrana səfərlərə artan tələbatdan danışıb.

Maide.Az Rusiya KİV- lərinə istinadla xəbər verir ki,M.Lomidze bildirib ki, İran ruslar üçün çox maraqlı bir istiqamət olaraq qalır. Lakin bununla bərabər turistlər üçün məhdudlaşdırıcı amillər var.

"Viza rejimi də Rusiyadan İrana turist axınının artmasına mane olur."

Onun sözlərinə görə, İraq və digər Yaxın Şərq ölkələrində olan gərginlik bu ölkələrə göstərilən marağa mane olmur.

O, həmçinin 2019-cu ildə Rusiyada və xaricdə təşkil olunan Yeni il turlarına tələbatın 17-50 % artdığını qeyd edib.

Ən populyar xarici istiqamətlər sırasında Tailand, Birləşmiş Ərəb Əmirlikləri, Kuba, Dominikan Respublikası, Vyetnam, Türkiyə, Şri Lanka, Hindistan, İndoneziya və Malayziya olub.

Google+ WhatsApp ok.ru