Gilanlı tacirlər Binə bazarında olub

Gilanlı tacirlər Binə bazarında olub

Gilanın özəl sektoru fəallarından ibarət 25 nəfərlik heyətin Binə Ticarət Mərkəzinin rəhbərliyi ilə görüşündə gilanlı tacirlərin bu ticarət mərkəzində fəaliyyət imkanları araşdırılıb.
 
Maide.Az xəbər verir ki, Gilan əyaləti üzrə müxtəlif sənaye, istehsal və ticarət palataları başçıları və özəl sektor fəallarından ibarət olan bu 25 nəfərlik heyət bu gün səhər Bakıda Bintə Ticarət Mərkəzinin rəhbərliyi ilə görüş təşkil edərək, bu ticarət mərkəzində yaradılan "İran Bazarı"nda gilanlı tacirlərin fəaliyyət şəraiti haqda fikir mübadiləsi aparıb.
 
Heyətin rəhbəri Əli Xodkar bu barədə deyir: "Gilanlı tacirlərin Bakıya olan səfəri zamanı Azərbaycan bazarına giriş yolları araşdırılıb və Binə Ticarət Mərkəzinə baxış keçirdikdən sonra, lazımi dəyərləndirilmələr aparılacaq və münasib qərar çıxarılacaq".
 
Binə Ticarət Mərkəzinin icraçı direktoru Dilşad xanım da bu iclasda iranlı tacirlərə "İran Bazarı"nda fəaliyyət üçün yaradılan şəraitdən danışaraq, bu xüsusda nəzərdə tutulmuş güzəştlərdən söhbət açıb.
 
Daha sonra gilanlı tacirlər "İran Bazarı"na baxış keçiriblər.
 
Binə Ticarət Mərkəzi 100 hektarlıq bir əraziyə malikdir və 8000 ticarət obyekti müxtəlif məhsulların satışı üçün nəzərdə tutulub. Ötən ildən etibarən bu bazarın bir hissəsi iranlı tacirlər üçün nəzərdə tutulub. /

Google+ WhatsApp ok.ru