Gilas saplağının faydası

Gilas saplağının faydası

Gilas saplaqları xalq təbabətində müalicəvi vasitə kimi qədim zamanlardan geniş istifadə olunur.

 
Gilas saplaqlarının faydaları arasında:
 
- sidikqovucu təsirə malikdir
 
- ödemləri azaldır
 
- ağciyərləri selikdən və mikroblardan təmizləyir
 
- qanda "pis" xolesterinin səviyyəsini aşağı salır
 
- orqanizmi ziyanlı maddələrdən (toksinlər, şlaklar və s.) təmizləyir
 
- böyrkləri, sidik kisəni yaxşı təmizləyir
 
- arıqlamağa kömək edir.
 
Gilas saplaqları atmayın, qurudun və profilaktik və müalicəvi vasitə kimi istifadə edin.
 
- Axşamdan 1 ovuc saplaqların üzərinə 1/2 l isti su tökün və səhərə qədər saxlayın. Səhər dəmləməni vam odda qızdırın və 1-2 dəqiqə qaynadın. Dəmləməni soyudun, süzün və gün ərzində 3 dəfə 1/2 stəkan olmaqla qəbul edin. Müalicə kursu - 1 həftə. Sonra 1 həftə fasilə verin və yenə təkrarlayın.
 
- Axşamdan termosda 1 ovuc gilas saplaqları və 1 x.q. itburnu 1/2 l qaynar suda dəmləyin. Səhər dəmləməni yaxşı süzün və gün ərzində 3 dəfə 1/2 stəkan olmaqla qəbul edin. Müalicə kursu - 1 həftə.
 
- Qara çayın dadını yaxşılaşdırmaq və daha faydalı etmək üçün çay dəmlədikdə çaydana gilas saplaqları əlavə edin./ saglamolun.az/

Google+ WhatsApp ok.ru