Gilas saplaqları arıqladır və orqanizmi təmizləyir. FAYDALI RESEPTLƏR

Gilas saplaqları xalq təbabətində müalicəvi vasitə kimi qədim zamanlardan geniş istifadə olunur.

Gilas saplaqlarının faydaları arasında:

- sidikqovucu təsirə malikdir

- ödemləri azaldır

- ağciyərləri selikdən və mikroblardan təmizləyir

- qanda "pis" xolesterinin səviyyəsini aşağı salır

- orqanizmi ziyanlı maddələrdən (toksinlər, şlaklar və s.) təmizləyir

- böyrkləri, sidik kisəni yaxşı təmizləyir

- arıqlamağa kömək edir.

Gilas saplaqları atmayın, qurudun və profilaktik və müalicəvi vasitə kimi istifadə edin.

Sizə gilas saplaqları əsasında çox faydalı dəmləmələr reseptlərini təqdim edirik.

- Axşamdan 1 ovuc saplaqların üzərinə 1/2 l isti su tökün və səhərə qədər saxlayın. Səhər dəmləməni vam odda qızdırın və 1-2 dəqiqə qaynadın. Dəmləməni soyudun, süzün və gün ərzində 3 dəfə 1/2 stəkan olmaqla qəbul edin. Müalicə kursu - 1 həftə. Sonra 1 həftə fasilə verin və yenə təkrarlayın.

- Axşamdan termosda 1 ovuc gilas saplaqları və 1 x.q. itburnu 1/2 l qaynar suda dəmləyin. Səhər dəmləməni yaxşı süzün və gün ərzində 3 dəfə 1/2 stəkan olmaqla qəbul edin. Müalicə kursu - 1 həftə.

- Qara çayın dadını yaxşılaşdırmaq və daha faydalı etmək üçün çay dəmlədikdə çaydana gilas saplaqları əlavə edin.

 

 

Google+ WhatsApp ok.ru