Girov götürülən Dilqəm Əsgərovun qohumu danışıb

Erməni xüsusi təyinatlılarının Kəlbəcərdı girov götürdüyü Dilqəm Əsgərov ermənilərin əlinə düşməzdən öncə mənə zəng vurmayıb”.

Bunu ANS-ə açıqlamasında .Dilqəm Əsgərovun qohumu, Elxan Nəbiyev deyib.

O, Şahbaz Quliyevin gözlərinin çıxarılması barədə yayılan xəbərin şayiə olduğunu söyləyib.

“Dilqəm Kəlbəcərdə olarkən mənimlə danışmayıb. Biz onunla avqusta ayında Kəlbəcərə gedəcəyimizi planlaşdırmışdıq. Ona görə dağa çıxdım. Dağdan düşəndə isə Dilqəm artıq getmişdi. O , Kəlbəcərə gedəndə mənə zəng vurub. Mənə isə zəng çatmayıb. Dilqam təxribatçı kimi Kəlbəcərə keçməyib. O, öz vətəninə, su içməyə, hava almağa, istirahətə gedib”, - deyə Elxan Nəbiyev bildirib.

Elxan Nəbiyev özünün də bir neçə dəfə Kəlbəcərə getdiyini söyləyib: “Birinci dəfə 2002-ci ildə Daşkəsəndən keçib Qoşqar dağını aşaraq ora getmişəm. Soyuq idi. Tək olduğum üçün qayıdıb gəlmişəm. Erməni postlarını keçib getmişəm. Bizi heç bir dövlət və orqan göndərməyib. Bunu təxribat kimi qələmə vermək olmaz".

Xatırladaq ki, bir neçə gün əvvəl Erməni KİV-də iki azərbaycanlı kəşfiyyatçının tutulması və birinin öldürüldüyü xəbəri yayılmışdı. Ermənilər doğma Kəlbəcərə yaxınlarının qəbrini ziyarət üçün keçmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevi diversant kimi qələməyə verməyə çalışıblar.

Google+ WhatsApp ok.ru