Girovlarla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediləcək

Azərbaycanın işğal altındakı torpaqlarında ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediləcək.
 
Modern.az saytının verdiyi məlumata görə, bu barədə Azərbaycanın Avropa İnsan Haqları məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov bildirib .
 
O, qeyd edib ki, girov saxlanılan soydaşlarımızla bağlı lazımı sənədlər toplandıqdan sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediləcək.
 
Qeyd edək ki, Dağlıq Qarabağdakı separatçı rejim azərbaycanlı girovlara qarşı irəli sürdüyü qondarma ittihamlar əsasında onların “məhkəməsi”ni həyata keçirir. /

Google+ WhatsApp ok.ru