Girovlar üzərində məhkəmə məzhəkəsi başa çatmaq üzrədir

Ermənistan “məhkəməsi” iki azərbaycanlı girov - Şahbaz Quliyev və Dilqəm Əsgərovun işi üzrə qərar çıxarmağın astanasındadır. Bunu erməni mətbuatı yazır. 
 
Erməni “istintaqı” onları diversiya-kəşfiyyat fəaliyyətində günahlandırır. Əlbəttə, bu, uydurulmuş boş söhbətdir. Bu iki azərbaycanlı öz vətənlərinə qayıdıblar, doğulduqları, Ermənistan ordusu tərəfindən güclə çıxarılana qədər yaşadıqları və işlədikləri kəndə gəliblər. İstintaq iddia edir ki, onların üzərində silah və sursat olub. Əlbəttə, onların üzərində ov tüfəngi olub. Vəhşi heyvanların insanlardan qat-qat çox olduğu xaraba ərazilərdə tüfəngsiz necə keçinmək olar? Sonrası daha betərdir, erməni tərəfinin iddiasına görə, Quliyev və Əsgərov kəşfiyyat məlumatı yığmağa gəliblərmiş. Amma kimdən - vəhşi donuzlardan? 
 
Allaha şükür ki, erməni tərəfi onların üzərindən terrorizm və diversiya ittihamını götürüb. Orda partladılmalı nə var ki, amma “istintaq” iddia edirdi ki, onlar adi ov tüfənginin yardımı ilə bunu edə bilərdilər. 
 
Erməni hakimiyyəti tərəfindən vəkil təyin edilmiş hansısa Arkadi İsraelyan bu gün informasiya agentliklərinə bildirib ki, bir il Azərbaycanda əsirlikdə olmuş Akop İnciqulyan da məhkəməyə çağıralacaq. Adamın heç ağlına gəlmir ki, o, məhkəməyə nə danışa bilər? Yaxşı olar ki, məhkəməyə Robert Koçaryanı və ya Serj Sarkisyanı çağırsınlar. Onlar Azərbaycan tərəfindən azadlığa çıxarılmış bu əsgərciyəzdən dəfələrlə çox bilirlər. 
 
Qarabağda böyümüş bu iki erməni başkəsən gəlib məhkəmədə Ermənistan ordusunun yardımı ilə Azərbaycan torpaqlarını necə tutmalarından, ahıl yaşlı dinc sakinləri öldürmələrindən və əlil etmələrindən çox ətraflı danışa bilərdilər. 
 
Bəs, erməni tərəfin bu məhkəmə məzhəkəsi nəyinə lazım idi? Yəqin ki, qondarma Dağlıq Qarabağ Respublikasına hansısa ikinci erməni dövləti statusu vermək istəyirlər. 
 
Amma bu, gəvəzəlikdir. Dünyada heç kimi bu respublikanı tanımayacaq. Hətta rəsmi İrəvan da, görünür, dünya ictimaiyyətinin reaksiyasından qorxaraq, bu addımı atmayıb. 
 
Ş.Quliyev və D.Əsgərov artıq yarım ildir ki, erməni əsirliyindədir. Erməni vəhşilərinin bu biçarələrə hansı işgəncələr verdiyini təsəvvür edə bilmirəm. Amma onlara halal olsun. Kişi kimi dayandılar, heç bir yalançı ittihamı qəbul etmədi və dedilər ki, sadəcə öz evlərinə dönüblər. 
 
Məhkəmənin hansı qərar çıxarağından asılı olmayaraq, artıq aydındır ki, bu əməliyyat tam iflasa uğrayıb. Dünya məhkəmə parktikasında elə bir maddə yoxdur ki, insanı öz doğma yurduna, ata ocağına qayıtmasına görə cəzalandırsın. (ans)

Google+ WhatsApp ok.ru