Gizli işsizlik necə üzə çıxdı...

Gizli işsizlik necə üzə çıxdı...

"Azadlıqinfo"da yer alan "Pandemiya dövrü gizli işsizliyi necə üzə çıxardı?" sərlövhəli məqalədə isə elə verilən sual cavablandırılır.
 
İqtisadçı Məhəmməd Talıblı deyir ki, koronavirus pandemiyası ilə bağlı karantin rejimi, bu çərçivədə sosial izolyasiya tətbiq edildi, işsiz əhaliyə maliyyə yardımı aktuallaşdı.
 
Müəllif əlavə edir ki, hökumət ölkədə qeydə alınan 200 min işsizə iki ay ərzində (2020-ci ilin aprel-may ayları, hər işsizə 190 manat nəzərdə tuturdu - red.) bu yardmı nəzərdə tuturdu, bu da 70 milyon manat vəsait demək idi.
 
Amma görünən bu oldu ki, ölkədə real işsizlər daha çoxdur: "Sonradan bu rəqəm artırılaraq 600 min nəfəri əhatə etdi. Bu da son olmadı. Məlum oldu ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işsiz statusunda olan 1 mln. 250 min nəfər müraciət edib. Bu faktın özü sübut edir ki, ölkədə azı bu qədər işsiz var. Deməli, əvvəllər 30-50 min arasında dəyişən rəsmi işsizliklə bağlı məlumatlar yalan imiş".
 
Müəllif deyir ki, rəsmi rəqəmlərə görə, 2018-ci il üzrə məşğulluq xidməti orqanlarında rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 20 min 88 nəfər, işsizliyə görə müavinət alanların sayı 1117 nəfər olub.
 
Müəllifə görə, "Covid-19"la bağlı ƏƏSMN-ə edilən rəsmi müraciətlər göstərdi ki, ölkədə işsiz sayı rəsmi rəqəmlərdən dəfələrlə çoxdur.
 
Müəllifə görə, isə böhran təkcə itki deyil, həm də fürsətdir, pandemiya da təkcə ölkə iqtisadiyyatına ciddi zərbələr vurmadı, eyni zamanda gizli işsizliyi qaranlıqdan aydınlığa çıxardı.

Google+ WhatsApp ok.ru