Gizli polis yol qəzalarının sayını azaltdı - VIDEO

 Bu il ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzalarında ölənlərin sayında 101 fakt azalma var. Qəzaların və qəzalarda ölənlərin sayının nəzərəçarpacaq dərəcədə azalmasının əsas səbəblərindən biri gizli patrul xidmətinin fəaliyyətə başlamasıdır.
 
Ötən ilin sonlarından fəaliyyət göstərən gizli yol patrulu xidməti qəza və qayda pozuntularının sayını azaldıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk 4 ayında qəzada ölənlərin sayında 36 faiz azalma var.
 
Ötən il respublika yollarında ümumilikdə 2,5 milyondan çox inzibati xəta aşkarlandığını deyən Kamran Əliyev gizli polis əməkdaşlarının hər hansı nəqliyyat vasitəsini saxlamaq səlahiyyətlərinin olmadığını bildirib. Ancaq buna baxmayaraq, bu xidmət hər an sürücülərin yanında ola bilər. Gizli polislər bütün növ avtomobillərdə müşahidə apara bilər.
 
Sürücülər özləri də gizli patrul xidmətinin yaradılmasından sonra məsuliyyətlərinin artdığını deyirlər.
 

Google+ WhatsApp ok.ru