Güləşçimiz ermənini belə sürüdü - VİDEO

Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı başa çatıb.
Çempionatın son günündə 59, 71 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıb.
 
71 kq çəki dərəcəsində Rəsul Çunayev ilk görüşdə Yaponiya idmançısı Noritomo Eto üzərində inamlı qələbə qazanıb. Ardınca ABŞ təmsilçisi Castin Lesterlə gərgin keçən görüşü qalib başa vurub.Türkiyə idmançısı Yunus Özellə görüşdən məğlub ayrılan, Rəsul, rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Rumiınya güləşçisi İonel Puskasu üzərində qələbə güləşçimizə bürünc medal şansı verib.Həlledici görüşdə Rəsul Çunayev erməni Varşam Boranyanı cəmi 23 saniyəyə 11:0 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.
 
Güləşçimiz qələbəni "əsgər addımları" və "əsgər salamı" ilə nümayiş etdirib.

Google+ WhatsApp ok.ru