Gülənçilərə qarşı əməliyyat dedilər, amma 7 min şiə direktor işdən qovdular

Türkiyənin Cümhuriyyə Xalq Partiyasından olan millət vəkili Vəli Ağbaba Milli Təhsildə "Gülən camaatı" bəhanəsi ilə 7 min solçu və şiə məktəb direktorunun işdən qovulduğunu söyleyib.
 
Maide.az xəbər verir ki,  "CNN Türk"də müzakirəyə qatılan Ağbaba, "Keçdiyimiz günlərdə məktəb direktorları ilə bağlı camaata qarşı əməliyyat keçirilib. Təəssüf ki, bu əməliyyatın məqsədi camaat deyildi, solçu və ələvi məktəb direktorlarını işdən çıxardılar. 7 minə yaxın məktəb direktoru qovuldu. Əminliklə deyirəm, bir neçə ələvi kəndi, ələvi mahalından başqa bir dənə ələvi məktəb direktoru qalmadı. 81 vilayətimiz var, baxın, görün, bir dənə vali varmı? Varsa, zəng vursun bizə, biz də görək. 81 vilayətdə bir dənə polis rəisi varsa, biz də bilək. Ələvilərin hamısı oxumuş, yazmış insanlardır. Əsas təməl məsələ ayrıseçkilikdir. Ələvi olan bir nəfər hakim ola bilmir, prokuror ola bilmir, məmur ola bilmir. AKP-li bələdiyyələrdə heç ələvi süpürgəçi belə yoxdur" söyləyib.

Google+ WhatsApp ok.ru