Gömrük Dəmiryollarının mallarını müsadirə etdi

Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan Dəmiryolları QSC-yə məxsus qatar vaqonlarında aparılan malları müsadirə edib. 
 
“Qafqazinfo”ya daxil olan məlumata görə, tütün məhsulları (siqaret) müsadirə olunduqdan sonra satışa çıxarılaraq satılıb və pulu dövlət büdcəsinə köçürülüb.
 
Ümumilikdə 3 iri qutu siqaretin ümumi dəyəri təxminən min manat olub.
 
Azərbaycan Dəmiryolları QSC-dən məlumat təsdiqlənib. Lakin QSC-dən məhsulların Azərbaycan Dəmiryollarına adi olmadığı bildirilib: “Biz bilmirik vaqonlara siqaretləri kim qoyub”.

Google+ WhatsApp ok.ru