Gömrükçülər ölkəyə külli miqdarda siqaret gətirən şəxsləri saxlayıblar

 
Gömrükçülər 3 fakt üzrə külli miqdarda siqaretin ölkə ərazisinə gətirilməsi və realizə edilməsinin qarşısını alıb.
 
Bu barədə, komotədən Maide.az-a məlumat verilib.
 
Gəncə Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keşirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi Gəncə-Şəmkir şossesinin 13-cü kilometrliyində şübhəli qismində saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin baqajında olan iki ədəd çantadan Gürcüstan Respublikasında istehsal edilən 30000 ədəd Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan “Pirveli” siqaretləri aşkar edilərək götürülüb.
 
 Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Rusiya Federasiyasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə  gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa bamperinin  arxasında olan boşluqlarda gömrük nəzarətindən gizlədilən 14 400 ədəd siqaret aşkar olunaraq götürülüb.
 
Rusiya Federasiyasından Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun gömrük nəzarətinə daxil olan digər nəqliyyat vasitəsindən isə 17 400 ədəd siqaret aşkar edilib. Siqaretlər nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı avtomobilin ön və arxa bamperlərinin arxasındakı böşluqlardan aşkar edilərək götürülüb.
 
Ümumilikdə 3 fakt üzrə 61 800 ədəd siqaret aşkar edilib. /
 
 
 

Google+ WhatsApp ok.ru