Gömrük xidmətləri arasında növbəti görüş

Gömrük xidmətləri arasında növbəti görüş

Azərbaycanın Astara şəhərində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında növbəti görüş olub.
 
Maide.İnfo xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən verilən məlumata görə, tədbir Azərbaycan DGK və İran Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış anlaşma memorandumuna əsasən baş tutub.
 
Görüşdə Azərbaycan tərəfini Astara Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayevin rəhbərlik etdiyi nümayəndə heyəti, İranı isə bu ölkənin Astara Gömrük İdarəsinin rəisi Rəsul Omidinin rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib.
 
Görüşdə Azərbaycan və İran arasında mövcud əlaqələrə toxunulub, eyni zamanda iki ölkənin gömrük xidmətləri arasında mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb, ikitərəfli danışıqlar nəticəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinə və həll edilməsinə əlverişli şərait yarandığı bildirilib.
 
Tərəflər arasında keçirilən əvvəlki görüşlərdən müzakirə edilən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və bu görüşlərin müsbət nəticə verdiyi ifadə olunub. Daha sonra gömrük-sərhəd keçid məntəqələrinin fəaliyyəti, nəqliyyat vasitələrinin sərhədkeçmə prosesi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. /

Google+ WhatsApp ok.ru