Günəş batareyası ilə işləyən `Solar Impulse 2` təyyarəsi Qahirədə yerə enib

Günəş batareyası ilə işləyən `Solar Impulse 2` təyyarəsi Qahirədə yerə enib

2015-ci ildə Abu-Dabidən dünya turuna çıxan günəş batareyası ilə işləyən "Solar Impulse 2" təyyarəsi bu gün səhər saatlarında Qahirədə yerə enib.
 
Maide.Az xarici KİV-lərə istinadən məlumat verir ki, təyyarə Qahirənin beynəlxalq hava limanında endikdən yarım saat əvvəl böyük piramidalar üzərində uçuş edib.
 
Xatırladaq ki, günəş enerjisi ilə işləyən "Solar Impulse 2" təyyarəsi dünya səyahətinə 9 mart 2015-ci ildə Abu-Dabidən start götürmüşdü. O, ABŞ, Hindistan, Oman, Çin, Yaponiya, Myanma və bir neçə ölkənin şəhərlərinə səyahət edib. /

Google+ WhatsApp ok.ru