Günahlarının bağışlanmasını istəyirsənsə bu surəni davamlı oxu

Günahlarının bağışlanmasını istəyirsənsə bu surəni davamlı oxu

 
“Şurа“ surəsi 53 ayədən ibarətdir və (təfisr alimləri arasında fikirayrılığına səbəb olan bir neçə ayə istisna olmaqla) Məkkədə nazil olmuşdur.
 
1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
 
مَنْ قَرَأَ سُورَةَ حم عسق كَانَ مِمَّنْ تُصَلِّي عَلَيْهِ اَلْمَلاَئِكَةُ وَ يَسْتَغْفِرُونَ لَهُ وَ يَسْتَرْحِمُونَ.
““Ha-mim, əyn, sin, qaf” (“Şura“) surəsini oxuyan şəxsə mələklər salam göndərər, onun üçün istiğfar və rəhmət (onun günahlarının bağışlanmasını) diləyərlər.“ 
(“Məcməül-bəyan“,“Şura“ surəsinin başlanğıcı.)
 
2. İmam Sadiq (ə) buyurmuşdur: “Hər kim “Şura“ surəsini tilavət etsə, qiyamət günü günəş tək parlaq və nurani surətdə məhşərə daxil olacaq və Allahın hüzuruna gələrkən, Allah ona deyər: “Mənim bəndəm! “Ha-mim, əyn, sin, qaf” (“Şura“) surəsinin mükafatından xəbərsiz olduğun halda, onu davamlı şəkildə tilavət etdin, əgər onun mükafatını bilsəydin, onu tilavət etməkdən əsla yorulmazdın, amma mən bu gün sənin mükafatını verəcəyəm. Sonra onun behiştə getməsini və xüsusi behişt nemətlərinə qərq olmasını əmr buyurar.” 
 
(“Nurus-səqəleyn”, 4-cü cild, səh.55.)
 
Maide.Az
 
 

Google+ WhatsApp ok.ru