Gündəlik 20 dəqiqə yürüşün faydaları

Yürüş, yüngül idman növlərinə aiddir ki, gündəlik davam edildikdə, sağlamlığın qorunmasında və fitnes üçün böyük təsirə malikdir.

Maide.az olaraq bu yazıda, sizi gündəlik 20 dəqiqə yürüşün həqiqi faydaları ilə tanış edirik.

Səhər və ya axşam saatlarında gəzinti olduqca faydalıdır

Piyada yürüş, bütün yaş qrupları üçün ən gözəl idman növlərindən sayılır. Bu idman növü ilə səhər və ya axşam vaxtı məşğul olmaq daha yaxşıdır, yəni qızmar günəşli olmayan saatlarda. Bilmək lazımdır ki, hər gün 20-30 dəqiqə gəzintinin ümumi sağlamlığınızın möhkəmlənməsində çox böyük təsiri var. ABŞ-ın İllinois universitetinin alimləri bununla bağlı tədqiqat apararaq, onun nəticələrini 013-cü ildə «Neuroscience» jurnalında dərc ediblər. Məqalənin davamında, araşdırmanın nəticələrini geniş şəkildə araşdıracağıq.

Gündəlik 20 dəqiqə yürüş: Beyin fəaliyyətinin yaxşılaşması

Bu günlərdə hamı başı aşağı vəziyyət alıb. Yəni, ətrafımızdakı bir çoxları, hətta nənələr və babalar da smartfon telefonlarına dalaraq, uzun saatlar boyunca bu telefonlarla məşğul olurlar. Halbuki, həmin vaxtı yürüş kimi yüngül idman növlərinə həsr etmək və artrit riskini kəskinləşdirmək əvəzinə, ümumi sağlamlığa yardım etmək olar.

Qeyd etmək lazımdır ki, gündəlik 20 dəqiqə gəzinti dərk etmə qabiliyyətinin yaxşılasmasına səbəb olur. Bu sadə hərəkət nəticəsində, beyin daha yaxşı qan əldə edə və Endorfin hormonunu yüksək səviyyədə istehsal edə bilər. Əgər iradəli insan olub bu idmanı hər gün təkrar edirsinizsə, diqqətin artmasına, yaddaşın güclənməsinə, öyrənmək qabiliyyətinin yaxşılaşmasına və ümumilikdə, beyin sağamlığının möhkəmlənməsinə böyük yardım etmiş olarsınız.

Unutmayın ki, bəzən biz hamımız gündəlik həyatın tələsinə düşürük. Piyada gəzintinizin bu problemə məruz qalmaması üçün dəyişiklik yaratmağınız faydalı olar. Yəni, yürüş yerlərini dəyişin. Ən yaxşı yerlər təbiətin qoynu və şəhər daxilində müxtəlif parklardır.

Gündəlik 20 dəqiqə yürüş: Depressiya üçün ən yaxşı müalicə

Bizim hamımız nə vaxtsa depressiya yaşamışıq. İndiki dövrdə də işıq və səs-küyün daha az olduğu bir şəraitdə olmağa üstünlük veririrk. Bundan əlavə, ictimai əlaqələrimizi azaldırıq və qısası, özümüzü bir küncdə həbs edirik. Lakin belə bir şəraitə düşmək, vəziyyəti daha da pisləşdirir. Evdən çıxaraq gəzintiyə getmək insanın əhvalına çox böyük təsir göstərir.

Depressiyaya düşdüyünüz vaxt mütləq gəzintiyə çıxın. Dərin nəfəs alın və ürəyinizin daha sürətlə döyünməsinə imkan yaradın. Bunlar, beynin istirahət etməsinə və narahatlığa səbəb olan vəziyyətə qələbə çalmağa kömək edir. Davamlı yürüş etmək, ətrafınızda baş verən məsələlərə daha fərqli yanaşmanı və daha az mənfiliyə yönəlməyə gətirib çıxaracaq. Bu halda da, şəxsi problemlər öz kəskinliyini və əhəmiyyətini itirəcək.

Sizə tövsiyyə edirik ki, gündəlik 20 dəqiqəlik gəzintini öz proqramınıza daxil edəsiniz. Bu, fiziki sağlamlığın möhkəmlənməsi ilə yanaşı, psixi sağlamlığınızın da yaxşılaşmasına səbəb olacaq və depressiyanın öhdəsindən gəlməyə güc verəcək.

Gündəlik 20 dəqiqə yürüş: Ürəyi sağlam saxlamaq üçün sadə və xərcsiz bir üsul

Gündəlik 20 dəqiqəlik gəzinti ürək-damar sisteminin sağlamlığı üçün olduqca faydalıdır. Bununla, ürəyin güclənməsi və qan vurulması gücünün artması təmin edilir. Gündəlik gəzinti ürək damarlarını daha elastik edir və qan dövranını yaxşılaşdırır. Bu halda, bədənin bütün orqanları daha funksional fəaliyyət göstərir.

Gəzinti yüksək qan təzyiqinə qarşı mübarizə aparır. Bu, hətta bəzən jenetik xarakter daşıyan bir çox xəstəliklərin qarşısının alınmasında da rol oynayır. Unutmayın ki, gündəlik yürüş sizi şəkər xəstəliyinə qarşı daha müqavimətli edir, çünki maddələr mübadiləsinin artmasına və qanda şəkərin faizinə nəzarət etməsinə səbəb olur.

Gündəlik yürüşün digər faydaları

Bilirsinizmi ki, gündəlik 20 dəqiqəlik gəzinti ağır və yorucu idman növləri ilə məğul olmadan belə sümüklərin güclənməsini təmin edir? Sevindirici haldır ki, gəzinti kimi yüngül idman növü sümük əriməsi xəstəliyinin yaranmasının qarşısını alır.

Gəzinti, bağırsaqların funksiyalarını yaxşılaşdırır və qəbizlik problem əziyyət çəkən insanlar üçün faydalıdır. Bu idman növü həzm sistemi üçün faydalı olmaqla yanaşı, bədəni detoksikasiya edir.

Davamlı gəzinti ayaq əzələlərini gücləndirir. Qan dövranı, damarların varikoz genişlənməsi, dizlərin abraziyası və digər problemlərdən əziyyət çəkən qadınlar və kişilər gündəlik davamlı olaraq idmanla məşğul olmalıdır.

Heç vaxt gec deyil

İdmana və yürüşə başlamaq üçün heç vaxt gec deyil. Həyatda hətta bircə dəfə belə idmanla məşul olmamağınız önəmli deyil. Gündəlik gəzinti hər hansı bir xüsusi avadanlıq tələb etmir. Əlbəttə ki, sizin yürüyüş üçün uyğun ayaqqabınız olmalıdır. Yetər ki, gündəlik işlərdən və qayğılarınızdan 20 dəqiqə vaxt ayırıb, öz gəzinti və istirahətinizə sərf edəsiniz.

Unutmayın ki, mütləq yanınızda bir şüşə su olsun və qurtum-qurtum için. Yürüşə yenicə başayarkən, yavaş ritm və qısa vaxtlarla başlamaq lazımdır. əzələləriniz möhkəmləndikcə və buna vərdiş edikdə, yürüşün vaxtını uzadın.

Qaçmağa və özünüzü gücə salmağa ehtiyac yoxdur. Lakin, tövsiyyə edirik ki, 15 dəqiqə yavaş yürüş edəsiniz, və gəzintinin son 5 dəqiqəsini isə sürətləndirəsiniz. Mütəxəssislərin fikrincə, gündəlik 2 km yürüş etməniz ən optimal variantdır. tebyan /

 

Google+ WhatsApp ok.ru