Gündə 10 min addım atmırsızsa... – ilginc araşdırma

Gündə 10 min addım atmırsızsa... – ilginc araşdırma

-- Sağlam həyat tərzi üçün gündəlik addımlarınızın sayını artırmalısınız

Bir çoxumuz gün ərzində nə qədər idman etməli olduğumuzu bilmirik. Amma hamımız gündə 10 min addım atmaq fikrini çox sevirik. Bir çoxumuz ağıllı telefonlar, saatlar vasitəsilə gündəlik addım saylarımızı təqib edirik. Hətta bəzən evin içində bir otaqdan digərinə keçməklə addımlarımızın sayını artırır, o sehrli rəqəmi yaxalamağa çalışırıq.
 
Maide.Az "musavat"-a istinadla   “gündə 10 min addım” teoriyasının detalları barədə məlumat verir. Öncə ondan başlayaq ki, insanları daha çox hərəkət etməyə təşviq edən bir şeyin pis düşüncə olduğunu demək mümkün deyil. Ancaq gündə 10 min addım fikrinin bir az bəsitə doğru gedən və ya elmilikdən daha çox ticari bir fikir olduğunu düşünənlər var.
 
Əslində gündə 10 min addım fikri 1960-cı illərdə Yaponiyada ortaya çıxıb. O illərdə Yaponiyada “manpokei” adlı bir addım sayan cihaz istehsalçısı vardı. Manpokei digər dilərə “10 min addım metr” olaraq çevrildi. Burada 10 min sayı idman üçün qızıl rəqəm anlamında yox, tamaməm Yaponiya mədəniyyətində yüksək bir rəqəm olduğu üçün seçilib.
 
Yaxşı, bəs elmi araşdırmalar gündə 10 min addım məsələsi ilə bağlı hansı nəticəyə gəlib?
 
Arizona Universiteti tərəfindən aparılan bir araşdırmaya görə, gündə 10 min hədəfi media sayəsində böyük bir sürətlə dünyada qəbul edilir. Ancaq araşdırmada qeyd edilir ki, bu hədəf uşaqlar üçün çox aşağı qalacaq.
 
Araşdırmaçılar sağlam olan böyüklərin günlük addım hədəflərini belə sıralayır:
 
5.000 addımdan az – Hərəkətsiz həyat tərzi 
5.000 – 7.500 addım – Aşağı səviyyəli aktiv yaşam (idman və ya gimnastika xaricindəki günlük fəaliyyət)
7.500 – 10.000 addım – Aktiv yaşam (öz istəyi ilə edilən fəaliyyət)
12.500 addımdan artıq – Çox aktiv həyat tərzi
 
Ancaq burada həssas bir məqam var. Hərəkətsiz həyat tərzindən, aktiv həyat tərzinə keçə bilmək üçün 2.500 addım daha atmış olmanız lazımdır və bu 2500 addımı sürətli olaraq, ən azı dəqiqədə 100 addım atacaq şəkildə yeriməlisiniz. Bundan başqa, ən azı 10 dəqiqə ərzində bu tempi saxlamalısınız. Əgər bu şərtləri təmin etmirsizsə, 10 min addım atmış olsanız belə, ümumi sağlamlıq üçün lazım olan gimnastikanı etmiş sayılırsız.
 
Bundan başqa, sürətli gəzinti, xəfif qaçış və ya normal qaçış edərək, ən azı 10 dəqiqə boyunca ürəyinizin sürətini artırdığınız zaman gündə 10 min addım atmasanız belə, ümumi sağlamlıq baxımdan lazım olan gimnastikanı edirsiniz. Bunun üçün nərdivanları qalxa və ya düşə bilərsiniz. Nərdivanı enib-düşmək daha çox əzələləri fəallaşdırır və düz yerdə gəzməklə müqayisədə daha çox kalori yandırmağınıza səbəb olur. Bundan başqa, nərdivanları addım-addım enmək və ya qalxmaq əvəzinə qaçaraq enib çıxmanız sağlamlığınız üçün çox daha dəyərli sayılır. Beləcə, gündə 10 min addım atmadan da gündəlik aktiv gimnastikanızı etmiş olursunuz.
 
İndi gələk işin marketinq hissəsinə... Əcəba addım sayan alətlərə nə qədər güvənə bilərik? Bu suala hələ də dəqiq cavab verilməyib. 2016-cı ildə “Medicine and Science in Sports and Exercise” jurnalında dərc edilən bir araşdırmada yazılmışdı ki, ikisi biləyə, ikisi də belə taxılan dörd ədəd addımsayan alət araşdırılıb və araşdırmanın nəticəsində alətlərin əsasən addımları doğru saydığı, ancaq yandrılan kalori məsələsində çox “səxavətli” olduğu üzə çıxıb.
 
“International Journal of Exercise Science”da 2017-ci ilin yanvar ayında nəticələri yayımlanan bir başqa araşdırmada isə belə taxılan addımsayarların qola taxılan addımsayarlarla müqayisədə daha dəqiq nəticələr verdiyi üzə çıxıb. Amma bu məhsulların qiyməti artdıqca onların dəqiqlik dərəcəsi də azalır. Yəni, əlinizdəki addımsayarı təqib edə bilərsiz, amma ona hər zaman etibar etməyin.
 
10 min addım və daha artığı
Əslində gündə 10 min addım atmaq, sağlam bir həyat tərzini mənimsəmək üçün yaxşı bir gündəlik sayılır. Amma sizin hədəfiniz çəki itirmək, performansınızı artırmaq və ya sağlam həyat tərzinə qovuşmaqdırsa, o zaman addım atmaqdan daha artığını etməlisiniz.
 
Addımsayan alətlərlə addımlarınızın sayını təqib etmək aktiv bir həyat tərzi üçün motivə edici ola bilər. Halbuki sağlam və fit olmaq üçün addımlarınızı saymağınıza ehtiyac yoxdur. Yenə də rəqəmləri təqib etməyi sevirsinizsə, favorit addımsayarınızı alın və hərəkətə başlayın.
 
Əsas odur ki, bunun bir ölçmə aləti olduğunu bilin və ekranda gördüyünüz rəqəmlərin hər zaman dəqiq olmadığını bilin. Addımsayarlardan nifrət edirsinizsə, bu da problem deyil. O zaman siz də mümkün olduğu qədər hərəkət etməyə və gündə ən azından 30 dəqiqə boyunca ürəyinizin sürətini artırmağa çalışın. Bu, bəs edəcək.

Google+ WhatsApp ok.ru