Gündəlik hökmlər; (İl ərzində) istehlak edilən düyünün xümsü

Gündəlik hökmlər; (İl ərzində) istehlak edilən düyünün xümsü

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullahul Üzma Seyyid Əli Xameneinin (İl ərzində) istehlak edilən düyünün xümsünə dair suala cavabını  təqdim edir:  
 
Sual: Biz hər il istifadə edəcəyimiz illik düyünü biçin mövsümündə alırıq. Məsələn, Sentyabr ayında 100 kq düyü almışıq. Xüms günümüz də Noyabr ayının əvvəlindədir. Xüms gününə qədər biz həmin düyüdən demək olar ki, istifadə etməmişik. Bir halda ki, biz illik tələbatımızdan artıq almırıq, bu düyünün xümsünü verməliyikmi?  
 

Cavab: İlin qazancından alınan istehlak məhsullarının – düyü kimi –  Xüms gününədək istifadə edilməyən miqdarına xüms düşür.

 

 

Google+ WhatsApp ok.ru