Gündəlik hökmlər: Böyük şəhərlərdə müsafirin hökmü

Gündəlik hökmlər: Böyük şəhərlərdə müsafirin hökmü

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullahul Üzma Seyyid Əli Xameneinin  böyük şəhərlərdə müsafirin hökmü  haqqında suala cavabını  təqdim edir:  
 
Sual. Böyük şəhərləri vətən seçmək və ya orada 10 gün qalmaq barəsində sizin rəyiniz nədir?
Cavab: Müsafir, vətən seçmək və ya bir yеrdə on gün qalmağın hökmlərində böyük şəhərlərlə adi şəhərlər arasında hеç bir fərq yoxdur. Böyük bir şəhəri vətən seçib bir müddət orada yaşadıqdan sonra həmin şəhər bütünlüklə o şəxsin vətəni sayılır. Həmçinin böyük bir şəhərdə on gün qalmağı qərara alan müsafir, təkcə qaldığı məhəllədə deyil, şəhərin digər məhəllələrində də namazını tam qılmalı və orucunu tutmalıdır.    
 
 

Google+ WhatsApp ok.ru