Gündəlik hökmlər: Ziyarət karvanı işçilərinin namaz və orucunun hökmü

Gündəlik hökmlər: Ziyarət karvanı işçilərinin namaz və orucunun hökmü

 
Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullahul Üzma Seyyid Əli Xameneinin ziyarət karvanı işçilərinin namaz və orucunun hökmü haqqında suala cavabını  təqdim edir:  
 
Sual: Bəzi şəxslər ziyarət karvanlarının tərkibində başçı, ruhani və məddah kimi hər ay iki ya üç dəfə səfərə çıxırlar və bu səfər onların işi sayılır, onların namaz və oruclarının hökmü nədir? Birinci səfərdən namazlarını tam qılmalıdırlarmı?
Cavab: Sualda deyilən şəkildə cəmiyyət arasında məşğuliyyət hesab edilən bu cür səfərlərdə namaz səfər boyunca, hətta birinci səfərdə tamdır. Əgər bir yerdə 10 gün qalarsa, iqamətdən sonra çıxdığı ilk səfərdə namazı şikəstə (qəsr) qılacaq. Sonrakı iş səfərlərində isə namaz tamdır.
 

Google+ WhatsApp ok.ru