Gündəlik hökmlər:  Musiqinin haramlığı meyarı

Gündəlik hökmlər: Musiqinin haramlığı meyarı

 
Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullahul Üzma Seyyid Əli Xameneinin  musiqinin haramlığı meyarı haqqında suala cavabını  təqdim edir:  
 
Sual: Musiqinin haramlığı meyarı yalnız onun eyş-işrət və günah məclislərinə uyğun olmasıdırmı, yoxsa dinləyicini həyəcanlandırması da musiqinin haramlığında rol oynayır? Əgər musiqi dinləyicinin kədərlənməsinə və ağlamasına səbəb olarsa, hökmü nədir? Qəzəlləri musiqilə oxumağın və dinləməyin hökmü nədir?
Cavab: Burada musiqinin ifa edilmə qaydası və bütün xüsusiyyətləri nəzərə alınmalıdır. Əgər musiqi öz mahiyyəti etibarilə eyş-işrət və günah məclislərinə uyğun bir musiqidirsə, haramdır: istər dinləyicini həyəcanlandırsın və ya həyəcanlandırmasın, istər dinləyicidə kədər və digər hisslər yaratsın və ya yaratmasın. Əgər musiqilə birlikdə oxunan qəzəllər ğina və eyş-işrət məclislərinə uyğun musiqi şəklini alarsa, onları oxumaq və dinləmək haramdır.
 

 

Google+ WhatsApp ok.ru