Gündəlik hökmlər: Disklərin üzünün köçürülməsi

Gündəlik hökmlər: Disklərin üzünün köçürülməsi

 Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullahul Üzma Seyyid Əli Xameneinin Disklərin üzünün köçürülməsi haqqında suala cavabını  təqdim edir:  
 
Sual. Disklərin üzünün köçürülməsi caizdirmi? Əgər bu iş haramdırsa, bu hökm təkcə İranda hazırlanan disklərə aiddir, yoxsa xarici ölkələrdə hazırlanan disklərə də aiddir? Nəzərə almaq lazımdır ki, bəzi disklər ehtiva etdiyi materialın əhəmiyyətinə görə çox bahalıdır.
 
Cavab: Ehtiyat (ehtiyat-vacib) budur ki, ölkə daxilində hazırlanan disklərin üzü köçürüldükdə, onun sahibindən icazə alaraq, hüquqlarına riayət olunsun. Xarici ölkələrdə hazırlanan disklərə gəlincə, bu məsələ həmin ölkə ilə bağlanan müqaviləyə tabedir.
 

Google+ WhatsApp ok.ru