Gündəlik hökmlər: Riba borcu

Gündəlik hökmlər: Riba borcu

 Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullahul Üzma Seyyid Əli Xameneinin   Riba borcu  haqqında suala cavabını  təqdim edir:  
 
Sual: Anam bir nəfərə borc vermək istəyir. Həmin şəxs deyib ki, hər ay qazancının müəyyən faizini anama verəcək və bunu öz razılığı ilə edəcək. Bu iş riba sayılırmı və şəri baxımdan problemi varmı?
 
Cavab: Faiz şərti ilə borc vermək riba və haramdır. Lakin borcu verərkən faiz almağı şərt eləməsə və borc vermək faizə bağlı olmasa, borc alan da öz razılığı ilə müəyyən məbləği əlavə ödəyərsə, eybi yoxdur. Habelə, faiz almaq müzaribə və müşarikət kimi şəri müqavilələrdən birinin əsasında olarsa, bunun da problemi yoxdur.

Google+ WhatsApp ok.ru