Gündəlik hökmlər: Qonağın müstəhəb oruc tutması

Gündəlik hökmlər: Qonağın müstəhəb oruc tutması

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullahul Üzma Seyyid Əli Xameneinin Qonağın müstəhəb oruc tutması haqqında suala cavabını  təqdim edir:  
 
Sual: Qonağın müstəhəb oruc tutmaq istəməsinə rəğmən, ev sahibi qonağa müstəhəb oruc tutmağa icazə verməsə və qonaq da ev sahibinin icazə vermədiyi üçün oruc tutmasa, həmin müstəhəb orucun savabını qazanırmı?
 
Cavab: Ev sahibinin icazəsi olmadan və ya ev sahibi qadağan etdiyi halda, qonağın müstəhəb oruc tutması məkruhdur. Əgər qonaq müstəhəb oruc tutarsa, ev sahibi də qonağı yeməyə dəvət edərsə, möminin dəvətini qəbul etmək şəriətdə bəyənilmiş işdir. Mömin qardaşın dəvəti ilə xörək yemək orucu batil etsə də, qonağı həmin orucun savab və əcrindən məhrum etmir.
 

Google+ WhatsApp ok.ru