Gündəlik hökmlər: Bədən zəifliyinə görə oruc tutmamaq

Gündəlik hökmlər: Bədən zəifliyinə görə oruc tutmamaq

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullahul Üzma Seyyid Əli Xameneinin Bədən zəifliyinə görə oruc tutmamaq  haqqında suala cavabını  təqdim edir:  
 
Sual: Mən fiziki baxımdan zəif bir qızam və demək olar ki, ömrüm boyu belə olmuşam. Doqquz yaşımdan etibarən oruc tutmalıydım, amma müxtəlif səbəblərdən, o cümlədən səhlənkarlıq, zəiflik, dərs oxumaq, heyz vaxtımın pozulması ucbatından oruclarımı tam tuta bilmədim. Ramazandan sonrakı aylarda da məktəbə getmək, ümumi zəiflik, tənbəllik və digər səbəblərdən qəzasını da yerinə yetirə bilmədim. Hazırda keçmiş oruclarımdan təxminən 161 gün qəza varımdır. Vəzifəm nədir? Bədən zəifliyim son iki-üç ildə daha artıb, bir ayda iki-üç gün, bəlkə də az oruc tuta bilirəm.
 
Cavab: Sırf bəzi üzrlər səbəbindən orucu tərk etmək caiz deyil. Odur ki, sualda fərz edilənə əsasən mübarək Ramazan ayının orucunu sırf sizə orucun vacib olmadığı ehtimalı ilə qəsdən iftar etmisinizsə, qəzadan əlavə, kəffarə də boynunuza gəlir. Yox, əgər orucu yemək zərər qorxusu səbəbindən və qorxunun da mənşəyi ağlabatan səbəblərdən olubsa, yaxud oruca dözmək sizə böyük məşəqqətlər bahasına başa gəlirdisə, siz də çətinlik çəkdiyinizdən orucunuzu yeyirdinizsə, orucu açmaq sizə caiz olmuşdur; qəzalarını yerinə yetirməlisiniz, kəffarəsi isə vacib deyil. Digər tərəfdən qəza orucları heç bir şəri üzr olmadan gələn Ramazan ayınadək təxirə salınıbsa, hər gün üçün təxir kəffarəsi, yəni bir müdd təam (təxminən 750 q buğda, çörək və kimi şeylər) ödəməlisiniz.
 

Google+ WhatsApp ok.ru