Gündəlik hökmlər: Ramazan ayında imsak etmək və sübh namazını qılmaq vaxtı

Gündəlik hökmlər: Ramazan ayında imsak etmək və sübh namazını qılmaq vaxtı

 Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullahul Üzma Seyyid Əli Xameneinin Ramazan ayında imsak etmək və sübh namazını qılmaq vaxtı haqqında suala cavabını  təqdim edir:  
 
Sual: Əvvəla salam. Mübarək Ramazan ayındayıq. Şəhərlərin genişləndiyini və fəcrin doğduğu anı dəqiqliklə müəyyən etməyin qeyri-mümkün olduğunu nəzərə alaraq, xahiş edirəm ki, oruc üçün imsak etmək və sübh namazını qılmaq vaxtı barəsində öz nəzərinizi bildirərdiniz.
 
Cavab: Məqsədəuyğundur ki, hörmətli möminlər – Allah onlara kömək olsun – oruc üçün imsak etmək və sübh namazını qılmaq vaxtı xüsusunda ehtiyata riayət etmək baxımından kütləvi informasiya vasitələrində azanın verilməyə başlaması ilə eyni vaxtda oruc üçün imsak etsinlər. Azandan təxminən beş-altı dəqiqə sonra isə sübh namazını qılmağa başlasınlar.
 

Google+ WhatsApp ok.ru