Gündəlik hökmlər: Oruc tutmuş şəxsin ağzında damaqdan gələn qanın olması

Gündəlik hökmlər: Oruc tutmuş şəxsin ağzında damaqdan gələn qanın olması

 Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullahul Üzma Seyyid Əli Xameneinin Oruc tutmuş şəxsin ağzında damaqdan gələn qanın olması haqqında suala cavabını  təqdim edir:  
 
Sual. Çox vaxt damağımdan gələn qan ağzımın suyuna qarışır və bəzən mən ağzımın suyunu udduqda onun qanla qarışıb-qarışmadığını bilmirəm. Bu halda mənim orucumun hökmü nədir?
 
Cavab: Əgər damaqdan gələn qan ağızın suyuna qarışıb yox olarsa, ağız suyu pak hesab olunur və onu udmağın maneəsi yoxdur, orucu da batil etmir. Həmçinin ağız suyunun qanla qarışıb-qarışmadığına şəkk etdikdə, onu udmağın maneəsi yoxdur və orucun düzgünlüyünə xələl gətirmir.
 

Google+ WhatsApp ok.ru