Gündəlik hökmlər: Namaz əsnasında bədənin və ya paltarın nəcasətə bulaşması

Gündəlik hökmlər: Namaz əsnasında bədənin və ya paltarın nəcasətə bulaşması

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin  Namaz əsnasında bədənin və ya paltarın nəcasətə bulaşması    haqqında sualına cavabını  təqdim edir: 
 
Sual: Namazqılan şəxs bədəninin, yaxud paltarının nəcis olduğunu namaz əsnasında başa düşsə, hökmü nədir?
 
Cavab: Əgər namaz əsnasında bədən və ya paltar nəcasətə bulaşarsa, bu təqdirdə əgər bədənin nəcasətini təmizləmək və ya nəcasətə bulaşmış paltarı çıxarmaq namaza zidd olan bir əməli yerinə yetirmədən mümkün olarsa, bu işi görməli və namazı tamamlamalıdır. Əgər namazı pozmayan tərzdə bədəni paklamaq və ya nəcis paltarı çıxartmaq mümkün deyilsə və namaz vaxtı da genişdirsə, namazqılan şəxs namazı kəsməli, pak bədən və paltarla namazı yenidən qılmalıdır.

Google+ WhatsApp ok.ru