Gündəlik hökmlər: Əzadarlıqda iştirak etmək səbəbilə NAMAZIN qəza olması

Gündəlik hökmlər: Əzadarlıqda iştirak etmək səbəbilə NAMAZIN qəza olması

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin  Əzadarlıqda iştirak etmək səbəbilə namazın qəza olması  haqqında sualın cavabını  təqdim edir:  
 
Sual: Mükəlləf bir şəxs əzadarlıq məclisində iştirak etməklə bəzi vacib əməlləri əldən verir. Məsələn, sübh namazı qəzaya gedir. Belə bir şəxsin bu kimi məclislərdə iştirak etməməsi daha yaxşı deyilmi? Onun əzadarlıq məclisində iştirak etməməsi Əhli-beytdən (ə) uzaq düşməsinə səbəb olurmu?
 
Cavab: Aydın məsələdir ki, vacib namaz Əhli-beytin (ə) əzadarlıq məclisində iştirak etməyin fəzilətindən öncə gəlir. Bu məclislərdə iştirak etməklə namazı tərk etmək caiz deyil. Amma əzadarlıq məclisində iştirak etmək namaza maneçilik yaratmazsa, təkid olunmuş müstəhəblərdəndir.

Google+ WhatsApp ok.ru