Gündəlik hökmlər: Borcu qaytaran zaman əlavə ödənişin hökmü

Gündəlik hökmlər: Borcu qaytaran zaman əlavə ödənişin hökmü

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin  Borcu qaytaran zaman əlavə ödənişin hökmü  haqqında sualına cavabını  təqdim edir: 
 
Sual: Qardaşım banka müəyyən məbləğ pul yatırıb və hər ay onun üstünə müəyyən qədər faiz (əlavə pul) gəlir. Mən qardaşımdan həmin puldan müəyyən məbləğdə borc almışam. Bankın verdiyi faiz qədər mən də qardaşıma hədiyyə və təşəkkür ünvanı ilə faiz (əlavə pul) ödəyə bilərəmmi?
 
Cavab: Əgər borc müqaviləsində və iki tərəf arasındakı razılıqda faiz və əlavə ödəniş qeyd olunmayıbsa, borc alan şəxs öz istək və razılığı ilə borcun miqdarından əlavə məbləğ ödəsə, bunun eybi yoxdur.
 

Google+ WhatsApp ok.ru