Gündəlik hökmlər: Müsafir şəxsin Məkkə və Mədinə şəhərlərində namazı qəsr və ya tam qılmaqda seçim edə bilməsi

Gündəlik hökmlər: Müsafir şəxsin Məkkə və Mədinə şəhərlərində namazı qəsr və ya tam qılmaqda seçim edə bilməsi

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin  Müsafir şəxsin Məkkə və Mədinə şəhərlərində namazı qəsr və ya tam qılmaqda seçim edə bilməsi haqqında  sualına cavabını  təqdim edir: 
 
 
Sual. Müsafir şəxs yalnız “Məscidul-həram”da (Kəbəni əhatə edən məscid) və “Məscidun-Nəbi”də (Peyğəmbər (s) məscidi) namazı qəsr və ya tam qılmaqda seçim edə bilər, yoxsa bu hökm Məkkə və Mədinə şəhərlərinin bütün ərazisində icra olunur? Məkkə və Mədinə şəhərlərinin genişləndiyini nəzərə alaraq, yeni məntəqələrin hökmü nədir?
 
Cavab: Müsafir şəxs Məkkə və Mədinə şəhərlərinin bütün ərazisində namazı qəsr və ya tam qılmaqda seçim edə bilər və bu hökm yalnız Məscidul-həram və Məscidun-Nəbiyə aid deyil. Amma sözügedən iki məscidin ərazisi ilə kifayətlənmək ehtiyat-müstəhəbə müvafiqdir. Məkkə və Mədinə şəhərləri dedikdə, qədim Məkkə və Mədinə şəhərlərinin ərazisi deyil, indiki əraziləri nəzərdə tutulur.
 

Google+ WhatsApp ok.ru