Gündəlik hökmlər: Sübh namazının vaxtının bitdiyinə şəkk etdikdə sübh namazının niyyəti

Gündəlik hökmlər: Sübh namazının vaxtının bitdiyinə şəkk etdikdə sübh namazının niyyəti

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Sübh namazının vaxtının bitdiyinə şəkk etdikdə sübh namazının niyyəti haqqında sualına cavabını  təqdim edir:
 
Sual. Əgər sübh namazını qılmaq istəyərkən günəşin doğub-doğmadığını dəqiq bilməsək, namazı hansı niyyətlə qılmalıyıq?
 
Cavab: Günəşin doğduğuna yəqin etməyənədək namazı əda niyyəti ilə qıla bilərsiniz. Hər bir halda, həmin günün sübh namazı niyyəti ilə – əda və ya qəza niyyəti etmədən – namazı qıla bilərsiniz.
 

Google+ WhatsApp ok.ru