Gündəlik hökmlər: Orucu bilərəkdən iftar etməyin kəffarəsini vermək iqtidarında olmayanı şəxsin hökmü

Gündəlik hökmlər: Orucu bilərəkdən iftar etməyin kəffarəsini vermək iqtidarında olmayanı şəxsin hökmü

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin  Orucu bilərəkdən iftar etməyin kəffarəsini vermək iqtidarında olmayanı şəxsin hökmü haqqında  sualına cavabını  təqdim edir:
 
Sual: Əgər illərcə oruc tutmayan bir şəxs tövbə etsə, amma orucu bilərəkdən iftar etməyin kəffarəsini vermək üçün nə oruc tutmağa fiziki gücü, nə də kəffarə ünvanında pul verməyə maddi imkanı olmasa, onun vəzifəsi nədir?
 
Cavab: Neçə fəqirə kəffarə verməyə imkanı çatırsa, həmin miqdarda kəffarəsini versin. Ehtiyata görə, Allahdan bağışlanma da diləsin.  Amma əgər kəffarə verməyə əsla imkanı yoxdursa, Allahdan bağışlanma diləməsi kifayət edir. Yəni səmimi-qəlblə desin: “Əstəğfirullah”. (Allahdan bağışlanma diləyirəm.)
 

Google+ WhatsApp ok.ru