Gündəlik hökmlər: Maddi ziyan vuran şəxs ziyanı ödəməkdə xəcalət çəkdiyi halda onu ödəməyin yolu

Gündəlik hökmlər: Maddi ziyan vuran şəxs ziyanı ödəməkdə xəcalət çəkdiyi halda onu ödəməyin yolu

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin  Maddi ziyan vuran şəxs ziyanı ödəməkdə xəcalət çəkdiyi halda onu ödəməyin yolu haqqında  sualına cavabını  təqdim edir:
 
Sual: Mən əvvəllər bir şəxsə maddi ziyan vurmuşam. İndi isə həmin şəxsin yanına gedib, ziyanı ödəməyə xəcalət çəkirəm. O pulu həmin şəxsin tərəfindən fəqirə sədəqə verə bilərəmmi?
 
Cavab: O pulu sədəqə vermək kifayət etmir və ziyanın məbləğini həmin şəxsin özünə verməlisiniz. Bu işi onun xəbərdar olmayacağı bir şəkildə də edə bilərsiniz, məsələn, bir şəxsin vasitəçiliyi ilə pulu ona çatdıra və ya onun bank hesabına, kartına köçürə bilərsiniz.
 

Google+ WhatsApp ok.ru