Gündəlik hökmlər: Əcir namazı

Gündəlik hökmlər: Əcir namazı

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Əcir namazı haqqında  sualına cavabını  təqdim edir:
 
Sual: Əgər bir şəxs dünyasını dəyişən bir şəxs tərəfindən Quranı xətm etməyə və ya onun bir illik namazını qılmağa əcir olsa, bu işdə başqasından kömək ala bilərmi?
 
Cavab: Əgər əcirlik müqaviləsində şərt qoyulsa və ya durumdan belə məlum olsa ki, əcir tutan şəxs həmin işi yalnız əcir olan şəxsin özünün görməsini nəzərdə tutubdur, əcir olan şəxs əcir tutan şəxsin icazəsi olmadan bu işdə başqasından kömək ala bilməz. Amma əgər belə bir şərt qoyulmayıbsa və ya durumdan belə bir şərtin olması məlum olmazsa, əcir olan şəxs eyni qiymətə və ya daha artıq qiymətə öz öhdəsinə götürdüyü işi bütünlüklə başqasına tapşıra bilər. Yaxud da işin bir hissəsini özü görə və qalan hissəsini isə qiymətdə razılaşma yolu ilə və ya təmınnasız olaraq başqasına tapşıra bilər.
 

Google+ WhatsApp ok.ru