Günün hədisi: Bütün bədbəxtliklərin açarı

Günün hədisi: Bütün bədbəxtliklərin açarı

Maide.Az günün hədisini təqdim edir:
 
İmam Sadiq (ə): 
 
إِنَّ اللهَ جَعَلَ لِلشَّرِّ أَقْفَالاً وَ جَعَلَ مَفَاتِيحَ تِلْكَ الْاَقْفَالِ الشَّرَابَ وَ شَرٌّ مِنَ الشَّرَابِ ألْكَذِبُ 
“Allah-Taala şər və pisliklər üçün qıfıllar müəyyən etmişdir ki, onların açarı şərabdır. Yalan isə şərabdan da pisdir!” 
(“Vəsailuş-şiə”, c.17, səh.263).
 
Qısa izah 
Bütün pislik və çirkinliklərin qarşısını alan ən böyük və ən təsirli qüvvə əql və zəkadır. Bu amil onları bağlayan möhkəm bir qıfıl rolunu oynayır. Əgər əql adlı qıfıl şərab açarı ilə açılarsa, bütün pislik və çirkinlikləri azadlığa çıxararaq, məst və sərxoş insan hər bir cinayət və günaha aludə ola bilər. 
Başqa sözlə, əgər içki içən insan sərxoşluq səbəbi ilə hansısa bir günah və ya cinayətə əl atırsa, yalan danışan insan bilərəkdən ictimai həyatı təhlükə ilə üz-üzə qoyur, qarşılıqlı etimadın aradan qaldırılmasının səbəbkarına çevrilir.  
Nəticə etibarilə, yalan şərabdan daha təhlükəli, daha pis sayılır.
 
 

Google+ WhatsApp ok.ru