Günün hədisi: İnsanların ən yaxşısı

Günün hədisi: İnsanların ən yaxşısı

Maide.Az günün hədisini təqdim edir:

İmam Sadiq (ə):

خَيْرُ النَّاسِ قُضَاةُ الْحَقِّ

“İnsanların ən yaxşısı haqq əsasında hökm verənlərdir”.

(“Biharul-ənvar”, c.101, səh.266).


Qısa izah

İctimai, əxlaqi və hüquqi məsələlərdə ədalətli hökm vermək yalnız fərdlər arasında ayrı-seçkilik etmədən nəzərə alan, şəxsi məhəbbət və düşmənçiliyi onların ədalətinə maneə olmayan, iman nuru və insani fəzilətlərə sahib olan, camaata sevgi hissləri yaşayan, şəxsi mənafe və eqoistliklərinin qarşısını ala bilən, aydın düşüncə və təfəkkürə malik olan, azğınlıqlar girdabında çapalamayan insanlar tərəfindən həyata keçirilə bilər.

Belələri “camaatın ən yaxşısı” adlandırılmağa layiqdirlər. Qeyd edilən hədisdə də bildirilir ki, bu xüsusiyyətlərə malik olub ədalətlə hökm verən insanlar ən yaxşı insanlardır. Yüksək məqam və vəzifələrə onlar sahib olmalı, həmin məqamlar ədalətsizcəsinə, zalımanə hökm verən fərdlərin ixtiyarında qoyulmamalıdır.


Maide.az – Maarif bölümü

 

 


 

Google+ WhatsApp ok.ru