Günün hədisi: Azad insanların ibadəti

Günün hədisi: Azad insanların ibadəti

Maide.Az günün hədisini təqdim edir:
 
İmam Sadiq (ə):
 
العِبَادُ ثَلَاثَةٌ؛ قَوْمٌ عَبَدُوا اللهَ عَزَّ وَ جَلَّ فَتِلْكَ عِبَادَةُ الْعَبِيدِ وَ قَوْمٌ عَبَدُوا اللهَ تَبَارَكَ وَ تَعَاليٰ طَلَبَ الثَّوَابِ فَتِلْكَ عِبَادَةُ الْأُجَرَاءِ وَ قَوْمٌ عَبَدُواللهَ عَزَّ وَ جَلَّ حُبًّا لَهُ فَتِلْكَ عِبَادَةُ الْأَحْرَارِ وَ هِيَ أَفْضَلُ الْعِبَادَةِ
 
“İbadət edənlər üç qrupa bölünür:
 
1. Allah-Taalaya cəhənnəm qorxusundan ibadət edənlər – bu, qulların ibadətidir.
 
2. Allah-Taalaya savab üçün ibadət edənlər – belə ibadət muzd alanların ibadətidir.
 
3. Allah-Taalaya, Ona məhəbbət bəslədikləri üçün ibadət edənlər. Bu ibadət azad insanların ibadətidir və ən üstün ibadət sayılır”.
 
(“Vəsailuş-şiə”, c.1, səh.4).
 
Qısa izah
 
Allahın mükafatının dəyərli, qeyri-adi olmasına rəğmən, Ona məhəbbət bəsləyən, qəlbləri yalnız Allah sevgisi ilə döyünən insanlar daha üstün olan bir məqama göz dikir, yalnız Allahın əmrinə itaət etmək və Onun razılığını qazanmağı nəzərdə tuturlar. Bu, ilahi mərifətlə qarışan ilahi sevgidən qaynaqlanır. Allahın həqiqi və müti bəndələri Behiştə tamah saldıqları və yaxud cəhənnəmdən qorxduqları üçün ibadət etmirlər. Onlar yalnız Allahı həqiqi və yeganə məbud sayır, yalnız Onu ibadətə layiq bilir və Onun sevgisini qazanmaq naminə ibadət edirlər.
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru