Günün hədisii: Çalışın öyrənin

Günün hədisii: Çalışın öyrənin

Maide.Az günün hədisini təqdim edir:
 
İslam Peyğəmbəri (s):
 
مَن عَمِلَ عَليٰ غَيْرِ عِلْمٍ كَانَ مَا يُفْسِدُهُ أَكْثَرُ مِمَّا يُصْلِحُهُ
“Elmsiz əməl edən şəxsin törətdiyi fəsadlar islah etdiyi işlərdən çoxdur”.
 
(“Biharul-ənvar”, c. 1, səh. 208).
 
Qısa izah
 
Nadanlığın, elmsiz əməlin nəticəsi fəsad və təhlükədir. Cahil insan öz övladına yaxşılıq etmək istədikdə, ona zərər vurur, İslama xidmət əvəzinə dini gözdən salır, insanlar arasında sülh və əmin-amanlıq yaratmaq əvəzinə onların arasında nifaq və ixtilaf törənməsinə bais olur. Hədisin mesajı da məhz budur: nadan şəxslərin məlumatsızlığından yaranan fəsad və inhiraflar onların etmək istədikləri islahat və yaxşılıqlardan çoxdur.
 
Maide.az – Maarif bölümü
 
 

Google+ WhatsApp ok.ru