Günün hədisi: Gün ərzində özünlə hesabat apar

Günün hədisi: Gün ərzində özünlə hesabat apar

Maide.Az günün hədisini təqdim edir:
 
İmam Kazim (ə):
 
لَيْسَ مِنَّا مَن لَم يُحَاسِبْ نَفْسَهُ فِي كُلِّ يَوْمٍ
“Gün ərzində nəfsini hesaba çəkməyən kəs bizdən deyildir!”
 
(“Biharul-ənvar”, c.67, səh.72, hədis 24).
 
Qısa izah
 
Dünyanın istər böyük olsun, istərsə də kiçik, hər hansı bir müəssisəsində gündəlik mühasibat və hesab-kitab aparmadan ziyanın qarşısını almaq, çoxlu mənfəət və gəlir əldə etmək mümkünsüzdür. 
Həqiqətən, insanların maddi sərmayələri, hətta öz ağırlıqlarının nə qədər artıb-azalması ilə bağlı dəqiqliklə hesab-kitab apardığı halda, bütün ömrü boyu bir dəfə də olsun insani, əxlaqi və mənəvi keyfiyyətləri nəzərdən qaçırması təəccüb doğuracaq bir haldır. Bu, necə də böyük bir qəflət və diqqətsizlikdir! 
İmam Kazimin (ə) sözügedən hədisdə buyurduğu kimi ayıq və məsuliyyətli müsəlman gün boyu istisnasız olaraq öz nəfsini hesaba çəkən, yaxşı və xeyirli iş gördükdə, onu artırmağa, bəyənilməz işə mürtəkib olduqda isə Allahdan bağışlanmaq diləməyə çalışan kəsdir.
 
Maide.az – Maarif bölümü
 
 

Google+ WhatsApp ok.ru