Günün hədisi: Namərdlərin zərbəsi

Günün hədisi: Namərdlərin zərbəsi

Maide.Az günün hədisini təqdim edir:
 

İmam Əli (ə):

اَلْغِيْبَةُ جُهْدُ الْعَاجِزِ

“Qeybət aciz insanların işidir.”

(“Nəhcül-bəlağə”, qısa kəlamlar 461.)

Qısa izah

Qeybət rəzillik və nanəciblik kimi sifətlərə malik və böyük günahlar sırasındadır. İnsanlara töhmət vuraraq eyiblərini açan, sirlərini faş edən kəslər bu yolla öz həsəd və kinlərini açıqlayırlar. Əlbəttə bu bəla çox geniş yayılıb və ona yoluxanlar çoxluq təşkil edirlər. Əxlaqi baxımdan qeybət kimi rəzilətlərə adət edən fərdlərin şəxsiyyəti alçaq, atdıqları bu addım ədalətsiz və məntiqsizdir, hətta onlar apardıqları mübarizədə də şücaətə malik deyillər.

Belə xislətli insanlar bütün qüvvələri ilə digərlərinə arxadan zərbə vurmaq fikrindədirlər. Hədislərdə bildirilir ki, qeybət “haqqun-nas” olduğundan, qeybət edən kəslər halallıq aldıqları və tövbə etdikləri təqdirdə, cənnətə daxil olacaq son kəs, halallıq almadıqları və tövbə etmədikləri təqdirdə isə, cəhənnəmə atılacaq ilkin kəslər olacaqlar. )“Biharul-ənvar”, c.72, səh.222.(

Maide.az – Maarif bölümü

 

 

Google+ WhatsApp ok.ru