Günün hədisi: İmanın əlamətləri

Günün hədisi: İmanın əlamətləri

İmam Sadiq (ə):

الـمُؤْمِنُ حَسَنُ الْمَعُونَةِ، خَفِيفُ الْمَؤُونَةِ، جَيِّدُ التَّدْبِيرِ لِمَعِيشَتِهِ، لَا يُلْسَعُ مِن جُحْرٍ مَرَّتَيْنِ

“Möminin yardımı dəyərli, xərci az, yaşayışı isə tədbirlidir və o, heç vaxt bir dəlikdən iki dəfə sancılmaz (bir məsələdə iki dəfə aldanmaz, qəflətə düşməz).”

(“Səfinətul-bihar”, c.1, səh.148.)

Qısa izah

İman ictimai, əxlaqi və elmi xüsusiyyətlərə malikdir və onlarsız quru addan başqa, bir şey deyildir. Verilən hədisdə imanın dörd əlamətinə işarə edilir:

1. İmanlı şəxslər öz mömin qardaşlarına lazımı şəkildə yardım edirlər və onların köməyi mərhəmət, ixlas və agahlıqla yanaşıdır.

2. Onlar ələ gətirilməsi üçün istənilən nalayiq əməllərə mürtəkib olmağı tələb edən cah-calal və bər-bəzəkli yaşayışdan uzaqdırlar.

3. Belə şəxslər məişət məsələlərində, xüsusilə də, iqtisadi işlərlə bağlı olduqca ayıq-sayıq və tədbirlidirlər.

4. Onlar hər bir hadisədən dərhal ibrət dərsi alır və bu səbəbdən, heç vaxt eyni nahiyədən iki dəfə zərbə almırlar.

Maide.az – Maarif bölümü

 

 

 

Google+ WhatsApp ok.ru