Günün hədisi: Nemətlərin əldən çıxmasının əsas səbəbi

Günün hədisi: Nemətlərin əldən çıxmasının əsas səbəbi

Maide.Az günün hədisini təqdim edir:
 

İmam Baqir (ə):

إِنَّ اللهَ قَضَيٰ قَضَاءً حَتْمًا اَلَّا يُنْعِمَ عَلَي الْعَبْدِ بِنِعْمَةٍ فَيَسْلُبُهَا إِيَّاهُ حَتَّيٰ يُحْدِثَ الْعَبْدُ ذَنْبًا يَسْتَحِقُّ بِذٰلِكَ النَّقِمَةِ

“Allah-Taala bəndəyə verdiyi nemətin ondan geri alınmaması barədə qəti hökm vermişdir. Lakin o, günaha düşməklə həmin nemət əlindən çıxır və beləcə cəzaya layiq görülür.”

(“Üsuli-kafi”, c.2, səh.273.)

Qısa izah

İlahi nemətlərin tükənməz olmasına rəğmən, onlar heç də haqq-hesabsız deyildir. Allah bəndələrə nə əbəs yerə nemət vermir, nə də səbəbsiz həmin nemətləri geri almır.

Əgər insanlar ilahi nemətlərsən fəsad törətmək və zülm etmək üçün vəsilə kimi istifadə edərlərsə, bu zaman həmin nemətlər əllərindən alınaraq onların bədbəxtlik amilinə çevrilər və bəlalar nemətləri əvəz edər, firavan həyatları cəhənnəmə dönər və yaşadıqları cəmiyyət nifaq mənbəyinə çevrilər.

Maide.az – Maarif bölümü

 

 

Google+ WhatsApp ok.ru