Günün hədisi: Behiştin qiyməti nədir?

Günün hədisi: Behiştin qiyməti nədir?

Maide.Az günün hədisini təqdim edir:
 
Cabir ibn Abdullah Ənsaridən belə nəql olunur:
 
جاءَ أعرابِيٌّ إلَى النَّبِيِّ(ص) فَقالَ: يا رَسولَ اللّهِ، هَل لِلجَنَّةِ مِن ثَمَنٍ؟ قالَ: نَعَم. قالَ: ما ثَمَنُها؟ قالَ: لا إلهَ إلاَّ اللّهُ، يَقولُهَا العَبدُ الصّالِحُ مُخلِصًا بِها. قالَ: وما إخلاصُها؟ قالَ: العَمَلُ بِما بُعِثتُ بِهِ في حَقِّهِ، وحُبُّ أهلِ بَيتي.
 
Bir bədəvi ərəb Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gəlib dedi: “Ey Allahın Rəsulu! Behiştin qiyməti varmı?”
 
Həzrət buyurdu: “Bəli!” O dedi: “Qiyməti nədir?” Həzrət buyurdu: “Saleh bəndə xalis niyyətlə “lə iləhə illəllah” desin!”
 
O dedi: “Necə xalis niyyət etməlidir?” Həzrət buyurdu: “Buyruqlarıma əməl etməli və Əhli-beytimi sevməlidir.”
 
(“Dəaimül-İslam”, c.1, səh.73.)
 
 

Google+ WhatsApp ok.ru