Günün hədisi:İslam dini zühur əsrində

Günün hədisi:İslam dini zühur əsrində

Maide.Az günün hədisini təqdim edir:
 
İslam Peyğəmbəri (s):
 
لا يَبْقَيٰ عَلَيٰ ظَهْرِ الْأَرْضِ بَيْتُ مَدَرٍ وَ لا وَبَرٍ إِلاّ أَدْخَلَهُ اللهُ كَلِمَةَ الْإِسْلامِ
 
“Yer üzündə hətta çadır və gildən bir ev qalmayacaq ki, Allah ora İslam kəlməsini (dinini) daxil etməsin!”
(“Məcməül-bəyan”, c.5, səh.25.)
 
Qısa izah
 
Hamımız çağdaş dünyamızın iki yolayırıcında – din və dinsizliklə çarpışdığının şahidiyik və hətta bəzən ailə üzvlərinin arasında belə, bunun kəskin halları müşahidə olunur. Dinsizliyin insanın birbaşa zati və fitri hisslərinə olmazın zərbələr endirməsilə müasir insanın yenidən dinə, məxsusən, İslama üz tutması dünyamiqyaslı aktual məsələlərdən biri kimi, obyektiv baxışların diqqətini özünə cəlb edir. Əleyhinə hər yerdə və hər zaman aparılan təbliğat və missiyalara rəğmən, onun dalğaları şərq və qərbin hüquqlarını aşaraq Amerika qitəsini belə əhatə etmək üzrədir. Dünyada hər il müsəlman olanların sayı böyük hesablarla qeydə alınır. İslamın bütün dünyanı fəth edəcəyi barədə o zaman qaldırdığı şüarları artıq öz əksini tapmaq üzrədir. Bu isə haqqın batil üzərində tam qələbə çalacağı İslam Peyğəmbərinin (s) son canişini həzrət Mehdinin (ə.c) zühuru ilə baş tutacaq.
 
Maide.az – Maarif bölümü
 

 

Google+ WhatsApp ok.ru