Günün hədisi: Qardaşlarının qulluğunda duranlara Allahın lütfü-nəzəri!

Günün hədisi: Qardaşlarının qulluğunda duranlara Allahın lütfü-nəzəri!

Maide.Az günün hədisini təqdim edir:
 

İmam Sadiq (ə):

مَنْ كَانَ فِي حٰاجَةِ أَخِيهِ الْمُسْلِمِ كَانَ اللهُ فِي حَاجَتِهِ
 
“Allah, öz din qardaşının ehtiyacının ödənməsi üçün səy edənin hacətinin aradan qalxmasında yardımçı olar.”
(“Biharul-ənvar”, c.74, səh.286.)
 
Qısa izah 
 
Bəziləri başqalarına yardım etdikləri təqdirdə, öz yaşayışındakı tərəqqidən qalacaqlarını güman edirlər. Amma İslamın bu sahədəki nəzəri tamamilə fərqlidir. 
İmam Sadiq (ə) yuxarıdakı hədisdə buyurur: “Sən camaatın ehtiyaclarının ödənməsi və onların problemlərinin həllində onlara yardım et ki, qüdrəti bütün qüdrətlərin fövqündə olan Allah da sənin ehtiyacının ödənməsində sənə yardımçı olsun.”
Belə insanlar ilahi lütf və mərhəmətin onların halına şamil olması üçün lazımı şərtlərə malikdirlər və Allah da onlara xüsusi şəkildə nəzər yetirir. Səbəb isə aydındır: “Sən Allahın bəndələrinə yardım et, Allah da sənə yardım etsin.”
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru