Günün hədisi: Hansı gün bayram sayılır?

Günün hədisi: Hansı gün bayram sayılır?

Maide.Az günün hədisini təqdim edir:
 

İmam Əli (ə):

كُلُّ يَوْمٍ لايُعْصَى اللَّهُ فيهِ فَهُوَ عيدٌ

“Allaha itaətsizlik və günah edilməyən hər bir gün bayram (şadlıq və şənlik) günüdür.”

(“Nəhcül-bəlağə”, qısa kəlamlar 428.)

Qısa izah

Qeyd etməliyik ki, bayram iki növdür: “təşrii” bayram və “təkvini” bayram.

Allah tərəfindən bayram təyin olunan günlər “təşrii” bayram adlanır və sözsüz ki, bu günlər uğur və qələbəliklə yanaşıdır; bəzən “Fitir” bayramı kimi nəfsi istəklərə qələbə çalınan gün (insan mübarək Ramazan ayında öz nəfsi istəklərinə qələbə çalır), bəzən “Qurban” bayramı kimi həcc əməllərini yerinə yetirməkdə müvəffəqiyyət qazanılan gün, bəzən də “Qədir-Xum” bayramı kimi məsum bir imamın – Əmirəlmöminin Əlinin (ə) müsəlmanlara imam və rəhbər təyin edildiyi gün.

“Təkvini” bayramlar isə, həqiqətdə, təbiət aləminə qayıdışdır və təbiətlə əlaqəli olan “Novruz” bayramı bu qəbildəndir.

Verilən hədisdə imam Əli (ə) insanın öz nəfsi istəklərinə qələbə çalmasına müvəffəq olduğu, şeytandan uzaqlaşdığı, özünün böyük düşmənini düşmən bildiyi, bir sözlə, Allaha itaətsizlik etmədiyi günü “bayram” adlandırır.

Buna əsasən, “Novruz” bayramı “təşrii” bayram yox, “təkvini” bayram kateqoriyasına daxildir, müxtəlif müsbət və mənfi xarakterlər daşıyır. Onun müsbət xarakterlərinə təmizlik, qohumlara baş çəkmək, yoxsul təbəqəyə kömək etmək və s. əməlləri, mənfi xarakterlərinə isə, xurafatçılıqlar, ağır xərclər, təəssübkeşliklər, günah dolu səfərlər, məhrəmlik sərhəddinin pozulması və s. işləri misal çəkmək olar. Əgər onun mənfi yönlərindən uzaqlaşıb müsbət yönlərə daha çox diqqət yetirilərsə, uyğun hədisə əsasən, təbiətlə bağlı keçirilən “Novruz” bayramı “təşrii” bayram qismindən də sayılacaqdır. Əks-təqdirdə isə, İmam Əlinin (ə) nəzərində belə bir gün bayram deyildir.

Diqqəti cəlb edən odur ki, İslam camaatın etiqad bəslədikləri bu sayaq adət-ənənələri müsbət istiqamətlərə yönəltməyə və yaxud yeni təfsirlə onun mənfi yönlərini aradan qaldırmağa çalışmışdır. Misal üçün, İslam “fılan qadının ayağı uğursuzdur” kimi sözləri mənfilikdən çıxararaq xüsusi şəkildə təfsir etmişdir. Bir rəvayətdə buyurulur:

مِنْ بَرَكَةِ الْمَرْأَةِ قِلَّةُ مَهْرِها وَ مِنْ شُوْمِها كَثْرَةُ مَهْرِها؛

“Mehriyyəsi az olan qadınların ayaqları uğurlu, mehriyyəsi çox olan qadınların ayaqları isə uğursuzdur.” (“Vəsailüş-şiə”, 15-ci cild, fəsil 5, hədis 8.)

Bu nöqtə başqalarının adət-ənənələri ilə bağlı diqqəti özünə cəlb edir!

Maide.az – Maarif bölümü

 

Google+ WhatsApp ok.ru