Günün hədisi: Alış-veriş qaydaları

Günün hədisi: Alış-veriş qaydaları

Maide.Az günün hədisini təqdim edir:
 

İmam Əli (ə):

وَ لْيَكُنِ الْبَيعُ بَيْعاً سَمْحاً بِمَوازينِ عَدْلٍ وَ اسْعارٍ لا تُجْحِفُ بِالْفَريقَيْنِ مِنَ الْبايِعِ وَ الْمُبْتاعِ فَمَنْ قارَفَ حُكْرَةً بَعْدَ نَهْيِكَ ايَّاهُ فَنَكِّلْ بِه‏ وَ عاقِبْهُ فى غَيْرِ اسْرافٍ؛

“Alış-verişlər asan şərtlər – ədalət ölçüləri, satıcı və alıcıya zərər yetirməyən xidmət qiymətləri əsasında baş verməlidir. Sənin qadağa qoymağından sonra möhtəkirlik edəni cəzalandır, elə cəzalandır ki, onun rüsvay olmasına (və başqalarının ibrət götürməsinə) səbəb olsun. Amma həddini aşma.”

(“Nəhcül-bəlağə”, 53-cü məktub – İmam Əlinin (ə) Malik Əştərə məktubu).

 

Qısa izah

Bizim cəmiyyətimizi üç mühüm problem hədələyir:

1. Yad etiqadların təbliğatı və nüfuzu, başqa sözlə, cəmiyyətin həqiqi İslam qanunlarından uzaq düşməsi;

2. Müsəlman xalqımızın adət-ənənə və əqidələrini hədəfə alan qəddar və rəhmsiz mədəni hücumlar;

3. Hədsiz dərəcədə bahaçılıq.

Üçüncü problem uyğun hədisin əsas mövzusunu təşkil edir ki, burada bir neçə mətləbi diqqətdən qaçırmaq olmaz:

a) Bahaçılıq ağlın qəbul etdiyi həddə düzgündür və iqtisadi təhlilə əsaslanır. Lakin hər an dəyişilən və qeyri-sabit xidmət qiymətləri bir növ hərc-mərclik və iqtisadi qarət sayılır. Belə bir şəraitdə, dövlət başçısı bu məsələnin qarşısını almalı və onun amilləri ilə münasib rəftar etməlidir.

b) Şəriət baxımından qərarçıxaranların əli bağlı deyil! Çünki “əmtəənin qiymətinin müəyyən həddi yoxdur və satıcı ilə alıcının razılığından asılıdır” – deyənlərin sözü adi iqtisadi şəraitə tabedir. Qeyri-adi şəraitdə isə, İslam hökuməti malların qiymətini təyin edə bilər. Əks-təqdirdə, bəzi insanlar başqalarını canavar kimi parçalayıb-yeyər. Demək, ikinci qayda əsasında və xüsusi iqtisadi şəraitdə malların qiymətini təyin etmək və həddini aşanları cəzalandırmaq olar. Hətta qeyd etdiyimiz hədisdən anlaşılır ki, hökumətin ilkin qaydaya nəzarəti, eləcə də, ədalətə əsaslanan müxtəlif cəza tədbirlərinin tənzimlənməsi zəruri məsələlərdəndir.

(Cəza günahdan artıq olmamalıdır. Bu, camaatın təbəqələrinə nisbətdə fərq edir. Ola bilər ki, azacıq danlaq kiməsə cəza olsun. Həmçinin ola bilər ki, kimsə həbs və işgəncə ilə də ayılaraq özünə gəlməsin. Belə olan halda, hər bir kəsin cəzasının müəyyənləşdirilməsi hakimin öhdəsindədir.)

c) Bütün xalq kütləsi belə həssas zamanlarda həmkarlıq etməli və bahalı malları almaqdan imtina etməklə əməli şəkildə bahaçılıq və bahasatanlarla mübarizə aparmalıdır.

ç) Hökumət heç olmazsa, bahaçılıq camaatı çətinliyi məruz qoyduğu zaman öz xidmət qiymətlərinin yerini dəyişməlidir.

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru