Günün hədisi: Fətholunmaz qala

Günün hədisi: Fətholunmaz qala

Maide.Az günün hədisini təqdim edir:
 

İmam Əli (ə):

اعْلَمُوا عِبادَ اللَّه، انَّ التَّقْوى‏ دارُ حِصْنٍ عَزيزٍ، وَ الْفُجُورَ دارُ حِصْنٍ ذَليلٍ، ... الا وَ بِالتَّقْوى‏ تُقْطَعُ حُمَةُ الْخَطايا، وَ بِالْيَقينِ تُدْرَكُ الْغايَةُ الْقُصوى

Ey Allahın bəndələri! Bilin ki, təqva möhkəm qala, günah (pislik) isə zəlil və süst qaladır.... Agah olun, təqva ilə günahların zəhərli dişi çıxarılır, yəqinliklə yüksək məqamların sonu (əbədi cənnət) əldə olunur.”

(“Nəhcül-bəlağə”, xütbə 157.)

Qısa izah:

Allah-Taala bu dünyada cismən və ruhən müxtəlif bəla və müsibətlərə məruz qalan insanın cismində mikrobları dəf edən dafiə qüvvəsi yaratmışdır ki, onsuz insanın ömrü az olacaqdı. Təəssüf ki, əsrimizin ərməğanı sayılan “SPİD” xəstəliyi insanın cisminin dafiə qüvvəsini itirir.

Allah-Taala əxlaqi və psixoloji məsələlərdə də ruhi-mənəvi xəstəliklərin qarşısını alan “təqva” adlı dafiə qüvvəsi yaratmışdır. Təqvasız insan “SPİD” xəstəliyinə yoluxanlara bənzəyir. Uyğun hədisdən gözəl təşbehlə yanaşı, iki mühüm incəlik də aydınlaşır:

1. Təqva batini dafiə qüvvəsidir, təqva ədalətdir, ədalət də təqvadır və təqva yüksək mərhələlərə çatdıqda, “ismət” adlanır.

2. İslam düşmənlərinin İslam mədəniyyətinə qarşı hücumları ilə ən yaxşı mübarizə yolu təqvadır. Biz cismin sağlamlığının qorunması üçün cəmiyyəti tamamilə mikroblardan təmizləyə bilməsək də, bədənin dafiə qüvvəsini gücləndirə bilərik. Ruhi-mənəvi məsələlərə gəldikdə də, cəmiyyəti bütün çirkin və rəzil sifətlərdən, düşmənin dəyərlərə zidd hücumlarından saxlaya bilməsək də, təqvanı daxilən gücləndirib, təqva qüvvəsi sayəsində onunla mübarizə apara bilərik.

Maide.az – Maarif bölümü

 

Google+ WhatsApp ok.ru